.86.
ət-Tariq (Gecə gələn) surəsi
(Məkkədə nazil olmuşdur, 17 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
www.AYSU.az
ət-Tariq (Gecə gələn) surəsi
(Məkkədə nazil olmuşdur, 17 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)
- (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!
- (O, zülməti yaran) parlaq ulduzdur!
- Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!
- Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
- O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.
- (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!
- Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -
- Bütün sirlərin aşkar olacağı o qiyamət günü;
- (O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvvəsi, nə də bir köməkçisi olar!
- And olsun yağış sahibi olan göyə;
- And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,
- Bu (Quran haqla nahaqqı) ayırd edən kəlamdır!
- O, oyun-oyuncaq (əyləncə) deyildir!
- Həqiqətən, (Məkkə müşrikləri Quranın nurunu söndürmək üçün) hiylə qurdular.
- Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.
- Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!
www.AYSU.az