.85.
əl-Buruc (Bürclər) surəsi
(Məkkədə nazil olmuşdur, 22 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
www.AYSU.az
əl-Buruc (Bürclər) surəsi
(Məkkədə nazil olmuşdur, 22 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- And olsun bürclər sahibi olan göyə;
- And olsun vəd olunmuş günə (qiyamət gününə);
- And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
- (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lənətə düçar olub) qətl edildilər.
- O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
- O zaman onlar (xəndəklərin) kənarında oturub,
- (Öz əsgərlərinin) möminlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.
- Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
- O Allah ki, göylərin və yerin ixtiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!
- Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.
- İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
- Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!
- Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!
- (Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.
- Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!
- O, istədiyini edəndir.
- (Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-
- Firon və Səmud (ordularının)?
- Xeyr, kafir olanlar (səni və Quranı) elə hey təkzib etməkdədirlər.
- Onların bütün ixtiyarı Allahın əlindədir!
- Xeyr, o (şer deyil) şanlı-şərəfli Qurandır!
- O, lövhi-məhfuzdadır! (Quran Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)
www.AYSU.az